Xəzər Xəbər

İsrail Təhlükəsizlik Akademiyası: Qardaş Türkiyə dövlətinin və xalqının yanındayıq

Dünya | 09:22 • 15 Noyabr 2022
İsrail Təhlükəsizlik Akademiyası: Qardaş Türkiyə dövlətinin və xalqının yanındayıq

İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycandakı rəsmi nümayəndəliyi İstanbulun mərkəzində baş vermiş qanlı terror aktını pisləyən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Türkiyədə İstanbulun mərkəzində baş vermiş qanlı terror aktının törədilməsi və günahsız insanların ölməsi və yaralanması xəbəri bizi ürəkdən sarsıtdı. Terrorun dili‚ dini və vətəni yoxdur. Terror bütün səmavi dinlərdə lənətlənən bir əməldir. Terror ən ağır cinayətdir. Bütün dünya terrorizmə qarşı birgə mübarizə aparmalıdır.

Günahsız insan tələfatına səbəb olan hər bir qanlı əməl lənətlənməlidir. Qardaş türk xalqına və Türkiyə dövlətinə qarşı yaşanan və günahsız insanların faciəli ölümünə və yaralanmasına səbəb olan bu xain hücumu şiddətlə pisləyir‚ bu qanlı teraktı törədənləri lənətləyirik.

Belə acılı gündə qardaş Türkiyə dövlətinin və xalqının yanındayıq. Türk xalqının kədərinə şərik olur‚ acısını paylaşırıq. Həlak olanlara Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Yaralılara isə Allahdan şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Heç bir xain hücum və terror aktı Türkiyə dövlətini öz yolundan döndərə bilməz. Bir daha terrorizmə qarşı mübarizədə Türkiyə dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Dualarımız dost və qardaş Türkiyə xalqı ilə birlikdədir”.

Xəbər lenti

Çox oxunanlar