Xəzər Xəbər

İranda iğtişaşlarda iştirak edən 1 nəfər barəsində ölüm hökmü verilib

Dünya | 15:16 • 14 Noyabr 2022
İranda iğtişaşlarda iştirak edən 1 nəfər barəsində ölüm hökmü verilib

Tehranın İnqilab Məhkəməsi iğtişaşlarda iştirak edən 5 nəfərin işinə baxaraq hökm çıxarıb.

AZƏRTAC Tehran İnqilab Məhkəməsinin açıqlamasına istinadla xəbər verir ki, 5 nəfər 5 ildən 10 ilədək azadlıqdan məhrum edilib, 1 nəfər isə ölüm hökmünə məhkum olunub. Cəzalanan şəxslər ictimai sabitliyi pozmaqla yanaşı, dövlət binalarına və şəxsi əmlaka külli miqdarda zərər vurmaqda, polisi qətlə yetirməkdə ittiham olunublar. Məhkəmənin açıqlamasında o da nəzərə çatdırılıb ki, məhkumlar qərarlardan apellyasiya şikayəti vermək hüququna malikdirlər.

Nəzərə çatdıraq ki, Tehran, Kirman, Zahedan, Rəşt və başqa şəhərlərdə kütləvi aksiyalarda iştirak edənlər polis, yanğınsöndürən və təcili tibbi yardım avtomobillərini yandırıb, bank və dövlət binalarını dağıdıblar. Bununla yanaşı, Rəşt və Zahedanda polis zabiti qətlə yetirilib. Ümumilikdə sentyabrın 16-dan başlanan kütləvi etiraz aksiyalarında polislə toqquşmada 30 polis əməkdaşı qətlə yetirilib. Rəsmi məlumatlara əsasən isə aksiyalar zamanı baş verən qarşıdurmada 290 nəfər ölüb.

Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, banklardan kredit götürənlər onu qaytarmaqda çətinlik çəkdikləri üçün bank filiallarının binalarını dağıdıblar.

Xəbər lenti