Xəzər Xəbər

Süleyman Soylu: Bu il 200 terror aktının qarşısı alınıb

Dünya | 14:04 • 14 Noyabr 2022
Süleyman Soylu: Bu il 200 terror aktının qarşısı alınıb

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstiqlal prospektində baş verən partlayışla bağlı açıqlama verib.

Xezerxeber.az xəbər verir ki, nazir sadəcə bu il 200 terror aktının qarşısının alındığını qeyd edib.

Bildirilib ki, əgər terrorçu ələ keçirilməsəydi bu gün Yunanıstana qaçacaqdı.

Bu istiqamətdə əməliyyatların davam etdiyini deyən Süleyman Soylu İstanbulda altı ildir belə bir terror aktının olmadığını vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Kriminal Şöbəsinin İstanbul Regional Laboratoriyasında aparılan araşdırmada Bəyoğludakı terror aktında istifadə edilən partlayıcının TNT olduğu müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar