Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktı ilə əlaqədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türkiyəli tərəfdaşlarımızla ən yaxın əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”, - mətndə vurğulanıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.