Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ararat Mirzoyan tviter hesabında paylaşım edib.
“İstanbulda baş vermiş ölümcül partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - Mirzoyan bildirib.
Xatırladaq ki, ötən gün İstanbulda partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.