Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində yaralıların sayı 81 nəfərə çatıb.
Xezerxeber.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
F.Oktay bildirib ki, partlayış nəticəsində 6 nəfər həlak olub: "Bombanı hücum edən qadının işə saldığı müəyyən edilib. Hadisə yeri araşdırılır və lazımi dəyərləndirmə aparılır. Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik, 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir. Bu işi tezliklə aşkara çıxaracğıq. Tətikçinin arxasında kim varsa, cavab verəcək".