İstanbul Respublika Prokurorluğu tərəfindən İstiqlal prospektində baş verən partlayışın təhqiqatı üçün səkkiz prokuror və baş prokurorun iki müavini təyin edilib.
Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
"İstanbul Respublika Prokurorluğu partlayışla bağlı məhkəmə istintaqına başlayıb. İstintaqın səmərəli aparılması üçün 8 dövlət prokuroru və iki baş prokurorun müavini təhkim edilib. Hadisə bütün aspektləri ilə araşdırılır. Hadisəni törədənlərin qısa müddətdə tutulması üçün işlər aparılır".