Xəzər Xəbər

Fransız kardinal 35 il əvvəl etdiyi hərəkətə görə cavab verməli olacaq

Dünya | 09:45 • 12 Noyabr 2022
Fransız kardinal 35 il əvvəl etdiyi hərəkətə görə cavab verməli olacaq

Vatikan 35 il əvvəl 14 yaşlı qıza qarşı təcavüz etdiyinə görə Fransa katolik kilsəsinin kardinalı Jan-Pierre Rikard barədə araşdırma aparacağını açıqlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Vatikanın mətbuat katibi Matteo Bruni bu barədə məlumat verib. Bruni hadisənin Jan-Pierre Rikard tərəfindən etiraf olunduğunu bildirib. Qeyd olunub ki, zərərçəkmiş qız bu barədə katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskə iki məktub göndərib. Məktublar may və iyun aylarında ünvanlanıb.

Fransa Katolik Kilsəsinin kardinalı Jan-Pierre Rikar bu il noyabrın 7-də verdiyi yazılı açıqlamada bildirmişdi: “35 il əvvəl keşiş olduğum zaman 14 yaşlı məsum qızla layiq olmadığı şəkildə davrandım. Təxmin etdiyim kimi, mənim davranışım həmin qız üçün ciddi və qalıcı problemlərə səbəb oldu”. Bu etirafdan sonra o, öz üzərinə götürdüyü bütün dini vəzifələrdən imtina etmişdi.

Qeyd edək ki, 1980-ci illərdə Marseldəki arxeparxiyada keşiş kimi xidmət edən Rikard Bordo arxiyepiskop kimi təqaüdə çıxdıqdan sonra 2019-cu ildən Digne yeparxiyasında işləyib.

Müstəqil komissiyanın 2021-ci ildə dərc etdiyi hesabata görə, Fransada 70 il ərzində təxminən 330 min uşaq keşişlər və ya kilsəyə bağlı insanlar tərəfindən cinsi istismara məruz qalıb.

Xəbər lenti