Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda indiyədək 3000 kvadrat kilometr ərazini azad edib.
Xezerxeber.az xəbər verir ki, bunu Cənub Ordu Komandanlığının sözçüsü Natalya Qumenyuk açıqlayıb.
“Bu istiqamətdə işlər davam edir. Biz azad edilmiş ərazilər barədə məlumatları ictimailəşdirməyə tələsmirik. əgər ötən gün cəmi 260 kvadrat kilometr azad edilmişdisə indi 3000 kvadrat kilometrdən çox ərazi nəzarətimiz altına qayıdıb” – deyə Qumenyuk bildirib.