Erməni əsilli Rusiya vətəndaşı, Həştərxan Dövlət Memarlıq - İnşaat Universitetinin tələbəsi Qleb Verdiyan vətənə xəyanətdə təqsirləndirilir.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı Qleb Verdiyan Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Bildirilir ki, o, əldə etdiyi dövlət əhəmiyyətli məxfi məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməyə cəhd göstərib.
Verdiyana qarşı açılmış cinayət işinin materialları “məxfi” möhürü ilə araşdırılır. O, həmçinin Rusiya Cinayət Məcəlləsinin “vətənə xəyanət” maddəsi ilə təqsirləndirilən ən gənc vətəndaşdır.