Xəzər Xəbər

Kreml taxıl sazişinin müddətinin uzadılması ehtimalını şərh edib

Dünya | 16:45 • 11 Noyabr 2022
Kreml taxıl sazişinin müddətinin uzadılması ehtimalını şərh edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində Moskva və BMT arasında cümə günü Cenevrədə keçiriləcək danışıqlarda taxıl sazişi ilə bağlı mümkün qərarlara dair açıqlama verməyib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dimitri Peskov qarşıdakı danışıqları şərh edərkən Rusiyanın noyabrın 18-dən sonra taxıl sazişinin icrasını davam etdirmək niyyətində olub-olmadığı barədə suallara cavabında belə qərarların əvvəlcədən elan olunmadığını və bunu etməyəcəyini deyib.

“Taxıl sazişinin bizə aid olan hissəsi ilə bağlı bir sıra məsələləri həll etməliyik. BMT-dəki həmkarlarımız tərəfindən qarşılıqlı anlaşma var və bu istiqamətdə fəaliyyətimiz davam edir”, - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Noyabrın 11-də Cenevrədə BMT baş katibinin müavini Martin Qriffits və qurumun Ticarət və inkişaf konfransının rəhbəri Rebeka Qrinspen ilə RF xarici işlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş planlaşdırılır.

Qeyd edək ki, noyabrın 2-də Moskva BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyi ilə bağlı yazılı zəmanətindən sonra taxıl sazişində iştirakını bərpa edib.

Taxıl sazişinin müddəti noyabrın 19-da başa çatır.

Xəbər lenti

Çox oxunanlar