Xəzər Xəbər

Norveç Ukraynaya maliyyə dəstəyi göstərəcək

Dünya | 13:27 • 11 Noyabr 2022
Norveç Ukraynaya maliyyə dəstəyi göstərəcək

Norveç hökuməti Böyük Britaniyanın başcılıq etdiyi Ukraynaya Beynəlxalq Yardım Fonduna təqribən 1,5 milyard Norveç kronu (148 milyon ABŞ dollarından çox) köçürəcək.

Norveç hökuməti bu fondun hesabına Krallığın indiyə qədər köçürdüyü 400 milyon krondan əlavə təqribən 1,5 milyard Norveç kronu köçürməyə hazırlaşır. Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, bundan əvvəlki ianə pilotsuz uçuş aparatları, dronların məhv edilməsi vasitələri və artilleriya mərmiləri alınmasına sərf edilib.

Yeni yardım paketi Norveç hökuməti tərəfindən 2022-ci ildə Ukraynaya hərbi dəstək kimi ayrılması planlaşdırılan 3 milyard Norveç kronunun tərkib hissəsidir.

Qeyd edək ki, Norveç hökuməti 2022-ci və 2023-cü illərdə Ukraynaya hərbi dəstək kimi 4,4 milyard Norveç kronu ayırıb. Bundan əlavə, Norveç özünün hərbi arsenalından Ukrayna silahlı qüvvələrinin təchiz edilməsi üçün dəfələrlə müxtəlif silahlar verib. (AZƏRTAC)

Xəbər lenti