Rusiyanın Kostroma şəhərində 15 nəfərin öldüyü “Poliqon” klubundakı yanğınla bağlı obyektin sahibi, Kostroma dumasının deputatı İxtiyar Mirzəyev saxlanılıb.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə polisdən məlumat verilib.
İxtiyar Mirzəyev “yanğın təhlükəsizliyinin pozulması iki və daha çox insanın ölümünə səbəb olduqda” maddəsi ilə saxlanılıb.
Məhkəmə onun barəsində gələn il yanvarın 5-dək həbs qətimkan tədbiri seçib.