Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfər edəcək.
“Sputnik Armenia” xəbər yayıb ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Səfər çərçivəsində Mirzoyanın Fransanın xarici işlər naziri Katrin Kolonna ilə və digər rəsmi şəxslərlə görüşü planlaşdırılıb.
A.Mirzoyan həmçinin 5-ci Dünya Paris Forumunda iştirak edəcək.
Qeyd edək ki, forum noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək.