Xəzər Xəbər

Bali adasına aviareyslər məhdudlaşdırılacaq

Dünya | 09:29 • 10 Noyabr 2022
Bali adasına aviareyslər məhdudlaşdırılacaq

İndoneziya G20 Sammiti günlərində Bali adasının “Denpasar” aeroportun beynəlxalq və daxili kommersiya aviareyslərin qəbulunu məhdudlaşdıracaq.

Bu barədə İndoneziya Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin mülki aviasiya departamentinin baş direktoru Nur İsnin İstiartono jurnalistlərə deyib ki, bu sənəd G20 Sammitinin təhlükəsiz və maneəsiz təşkili məqsədilə qəbul edilib.

Baş direktorun sözlərinə görə, yeni uçuş qaydaları noyabrın 12-dən 18-dək qüvvədə olacaq. Bununla yanaşı, baş direktor Bali adasında sutka ərzində fəaliyyət göstərəcək 11 köməkçi aeroportun da yaradıldığını bildirib. Həmin aeroportlardan sammitin VIP təyyarələrinin qəbulu zamanı istifadə olunacaq.

Xatırladaq ki, G20 liderlərinin Sammiti noyabrın 15-16-da Bali adasında keçiriləcək. (AZƏRTAC)

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024