Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında nüvə proqramına dair danışıqlar nəticəsiz başa çatıb.
Bu barədə “Reuters“ə AEBA-nın rəhbəri Rafael Qrossi bildirib.
“Onlar yenə də heç nə gətirmədilər” – deyə Qrossi vurğulayıb.
Bununla belə, AEBA rəhbəri ikitərəfli təmasların davam etdiyini, yaxın həftələrdə İranda növbəti görüşün olacağını qeyd edib.