Ermənistanın Şirak vilayətində ana və iki azyaşlı uşağının meyiti tapılıb.
Xezerxeber.az erməni mediasına istinadən xəbər verir ki, polisdən meyitlərin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlandığı bildirilib.
31 yaşlı qadının və iki uşağının (12 yaşlı qız və 8 yaşlı oğlan) qətli ilə bağlı cinayət işi başlanıb.
Ailə başçısının qazanc dalınca başqa ölkəyə getdiyi bildirilib.