Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.
“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", o deyib.
Məlumata görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.