Xəzər Xəbər

ABŞ bu ölkələrin müstəqilliyini tanıdı

Dünya | 14:58 • 2 Oktyabr 2022
ABŞ bu ölkələrin müstəqilliyini tanıdı

ABŞ Kuk adaları və Niuenin müstəqilliyini tanıyıb.

Bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

“Sakit okean adalarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. ABŞ Sakit okean adası ölkələrindəki proqramlara 810 milyon dollardan çox vəsait ayıracaq. Bu yardımların 330 milyonu iqlim dəyişikliyi ilə bağlı yeni investisiya və proqramlara aiddir. ABŞ bu ölkələrlə hər sahədə əlaqələrini davam etdirəcək. Kuk adaları və Niuenin suverenliyini tanıdığımızı elan etməkdən məmnunam”, - deyə Bayden vurğulayıb.

Xəbər lenti