Qismən səfərbərlik qadınlara təsir etməyəcək.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bildirib dövlət universitetlərinin tələbələri də səfərbər olmayacaq.
“Xeyr. Bu planda yoxdur. Biz qadınlara müraciət etmək fikrində deyilik” – deyə Şoyqu əlavə edib.
Şoyqu Moskva meri Sergey Sobyanin və Moskva qubernatoru Andrey Vorobyovla birlikdə hazırlıq işlərini və səfərbər edilmiş vətəndaşların yerləşdirilməsi üçün şəraiti yoxlayıb./sfera.az