Pakistanın keçmiş baş nazir İmran Xanın həbs olunmasına qərar verilib.
Məhkəmənin qərarına əsasən İmran Xan terrorizmdə ittihamı olunub.
Qeyd edək ki, Pakistanda aprelin 10-da parlamentin etimad səsverməsində 174 "yox" səsi toplayan İmran Xan vəzifədən kənarlaşdırılmışdı. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib./publika.az