Misir paytaxtında Ərəb Parlamentinin növbədənkənar sessiyası keçirilib.
Ərəb ölkələrinin parlamentlərinin 66 nümayəndəsinin iştirak etdiyi iclasın gündəliyində qurumun sədrinin seçilməsi məsələsi olub.
Səsvermədə Ərəb Parlamentinin hazırkı spikeri Adel Əbdülrəhman əl-Asumi nümayəndələrin 51-nin səsini toplayıb. O, yenidən bu quruma sədrlik edəcək. Sessiyada Ərəb Parlamentinin dörd vitse-spikeri də seçilib.
Ərəb Parlamentinin yeni mövsümdə ilk plenar iclası oktyabrın 4-də olacaq. Parlamentarilər komissiyaların tərkibini təsdiq edəcəklər.
Qeyd edək ki, Ərəb Parlamentinin spikerinin başçılıq etdiyi nümayəndə heyəti ötən ilin noyabrında Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclasında iştirak etmişdi. (AZƏRTAC)