Xəzər Xəbər

ABŞ-də qasırğa qurbanlarının sayı 40 nəfəri ötüb

Dünya | 12:25 • 1 Oktyabr 2022
ABŞ-də qasırğa qurbanlarının sayı 40 nəfəri ötüb

Həftənin əvvəlində ABŞ-ın Florida ştatını vuran “İen” qasırğası azı 42 nəfərin ölümünə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, CNN telekanalı bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyaya yüksələn qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatıb. Təbii fəlakət ştatda çoxsaylı dağıntılara səbəb olub, 2,5 milyona yaxın insanın elektrik enerjisi kəsilib, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.

ABŞ Prezidenti Cozef Bayden “İen” qasırğasının Florida tarixində ən ölümcül fırtına ola biləcəyini deyib.

Cümə axşamı günü post-tropik siklon səviyyəsinə enən “İen” Cənubi Karolina ştatına çatıb. Hazırda ştat ərazisində yerləşən mülkiyyətə dəyən zərər, elektrik enerjisinin kəsilməsi və xilasetmə çağırışları haqqında məlumatlar artmaqdadır. Hakimiyyət orqanları sakinləri evlərini tərk etməməyə çağırıb.

Xəbər lenti

Çox oxunanlar