Rusiya Prezidenti Vladimir Putin Ukraynanı dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
O, bu barədə Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimində bildirib.
Putin Donbass, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin əbədi olaraq rusiyalıya çevrildiyini bəyan edib.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.
Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.
Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.