Xəzər Xəbər

İran Fransaya etirazını bildirib

Dünya | 14:35 • 30 Sentyabr 2022
İran Fransaya etirazını bildirib

Fransanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağrılıb və ona kəskin etiraz bildirilib.

Xezerxeber.az xəbər verir ki, İranda baş verən kütləvi aksiyaların polis tərəfindən dağıdılması zamanı zor tətbiq edilməsi Fransa hökuməti tərəfindən tənqid olunub.

Fransanın xarici işlər naziri isə rəsmi Tehranı ağır sözlərlə tənqid edib ki, bu da İran hökumətinin etirazına səbəb olub.

Müvəqqəti işlər vəkilinin nəzərinə Parisdə “sarı jiletlilərin” aksiyası zamanı polisin həddindən artıq güc tətbiq etməsi çatdırılıb və ona bildirilib ki, Fransa hökuməti söz və toplantı azadlığını təmin etsin, İranın daxili işlərinə qarışmasın.

Fransalı diplomat rəsmi Tehranın etirazını öz hökumətinə çatdıracağını bildirib.

Xəbər lenti