Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Suriyanın şimalında İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda biri ölü olmaqla 19 terrorçu saxlanılıb.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, İŞİD üzvlərinin Suriyadakı Türkiyə qurumlarına, xüsusilə də Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinə qarşı təxribatlar törətmək üçün xüsusi qrup yaratdıqları müəyyən edilib.
Bununla əlaqədar MİT-in kəşfiyyat və əməliyyat dəstəyi ilə Azad Suriya Ordusuna (ASO) bağlı yerli təhlükəsizlik qüvvələri “Fərat Qalxanı” və “Sülh çeşməsi” bölgələrində əməliyyatlar keçiriblər. Əməliyyat nəticəsində biri ölü olmaqla 19 İŞİD terrorçusu, eləcə də çox sayda partlayıcı vasitə və silah-sursat ələ keçirilib.