Ankara Vaşinqtonun Kiprə silah tədarükü embarqosunu ləğv etməsinə konkret cavab verəcək.
Xezerxeber.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Biz ABŞ-ın bu qərarına konkret addımlarla cavab verəcəyik”, - Mövlud Çavuşoğlu belə deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların embarqonu ləğv etməsinə cavab olaraq Türkiyə Şimali Kipr Türk Respublikasında hərbi mövcudluğunu artırmaq və Kipr türklərinin müdafiəsi üçün oraya zəruri silah-sursat çatdırmaq niyyətindədir.
ABŞ Kiprə silah tədarükünə 35 il əvvəl qoyulmuş embarqonun ləğv olunduğunu sentyabrın ortalarında elan edib. Dövlət katibi Entoni Blinken bildirib ki, Nikosiya 2023-cü maliyyə ilində Amerika hərbi məhsullarını almaq üçün bütün şərtləri yerinə yetirib.