Xəzər Xəbər

KİV: “Şimal axını” boru kəmərlərində iki güclü partlayış olub

Dünya | 13:11 • 30 Sentyabr 2022
KİV: “Şimal axını” boru kəmərlərində iki güclü partlayış olub

Danimarkalı məmurların qənaətinə görə, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində min kiloqramdan çox trotil ekvivalentində iki partlayış baş verib.

Xezerxeber.az xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına əsasən, bu fərziyyə çərşənbə günü NATO ölkələri nümayəndələrinin görüşündə səsləndirilib. Krallıq nümayəndəsinin sözlərinə görə, boru kəmərləri hər birinin gücü təxminən 500 kiloqram ekvivalentində olan iki partlayış nəticəsində zədələnib.

Həmçinin görüşdə qaz boru kəmərlərində baş verən insidentin arxasında Rusiyanın dayandığını iddia olunub. Lakin alyans ölkələrinin əksəriyyəti “əlavə sübutlar” olmayana qədər nəticə çıxarmaq və öz şübhələrini rəsmi bəyanatda əks etdirmək istəməyib. Eyni zamanda, NATO-ya üzv ölkələr insidentə görə narahatlıqlarını ifadə edib və alyansın kritik infrastrukturuna ediləcək istənilən hücuma cavab verəcəklərini bildiriblər.

Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” kompaniyası “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində “görünməmiş dağıntıların” baş verdiyinə dair məlumat yayıb.

Xəbər lenti

Çox oxunanlar