Kraliça II Elizabetin məzarı ictimaiyyətə açılıb.
Xezerxeber.az xəbər verir ki, bundan sonra ziyarətçilər Kraliçanın Vindzor qəsrindəki Müqəddəs Georgi Kapellasında yerləşən məzarını görə biləcəklər.
Kraliça sentyabrın 19-da həyat yoldaşı Şahzadə Filip, atası VI Georgi, anası, bacısının qalıqları ilə birgə dəfn olunub.
Həmçinin Bukingem Sarayı ailənin dəfn olunduğu yer daşının fotosunu yayıb. Qəbir daşının üzərində “George VI 1895-1952”, “Elizabet 1900-2002”, daha sonra “II Elizabeth 1926-2022” və “Philip 1921-2021” yazılıb.
Qeyd edək ki, Kraliça sentyabrın 8-də yerli vaxtla saat 15:10-da "yaşlılıq" səbəbindən 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.