Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cümə günü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahında işgüzar görüşlər keçirdiyini bildirib.
Xezerxeber.az xəbər verir ki, Qriqoryan sosial şəbəkələrdə yazıb: “Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlər keçirdim”.
Vaşinqtona səfəri çərçivəsində MKİ-nin baş ofisində olan A.Qriqoryan digər təfərrüatlar barədə məlumat verməyib.