Xəzər Xəbər

Bayden: "ABŞ heç vaxt Rusiyanın Ukraynanın suveren ərazisinə olan iddialarını tanımayacaq"

Dünya | 08:41 • 30 Sentyabr 2022
Bayden: "ABŞ heç vaxt Rusiyanın Ukraynanın suveren ərazisinə olan iddialarını tanımayacaq"

ABŞ hakimiyyəti Ukraynanın Donetsk, Luqansk, Xerson vilayətinin və Zaporojyenin azad edilmiş ərazilərində keçirilən “referendum”ları tanımayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirb.

“ABŞ Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt tanımayacaq. Bu qondarma referendumlar uydurma, mütləq saxtakarlıq idi. Onların nəticələri Moskvada uydurulub", - deyə o, ABŞ-Sakit okean adaları sammitindəki iclasda bildirilib.

O, həmçinin Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin və ölkələrin suverenliyi və ərazi bütövlüyünün fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi adlandırıb.

Xəbər lenti