Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, H.Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluğunu ifadə edib.