“Əlinin ədaləti” adlı haker qrupu İranın Məhkəmə Hakimiyyətinin məxfi məktubunu dərc edib.
XəzərXəbər “Azad İran”a istinadən xəbər verir ki, məktuba əsasən, Tehran Prokurorluğunun 5-ci şöbəsinin prokuror köməkçisi Əli Əmrayi prokurora yazıb ki, bəzi şahidlər və mağaza sahibləri polisin Məhsa Əminini həbs edərkən onun başını səki daşlarına vurduğunu gördüklərini deyiblər.
Sənəddə yazılıb:
Xatırladaq ki, iddialara görə, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım İranın “əxlaq” polisi tərəfindən öldürülüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılmaqdadır./publika.az