İran prezidenti İbrahim Rəisi Məhsa Əmininin qətlindən sonra baş verən iğtişaşlarla bağlı bu gün xalqa müraciət edəcək.
İran prezidenti xalq qarşısında çıxış edəcək.
Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məhsa Əmini hicabı səhv taxdığı üçün polis tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Bunun ardınca kütləvi aksiyalar başlayıb, qadınlar nümayişkaranə şəkildə hicablarını yandırmağa, saçlarını kəsdirməyə başlayıblar. /azxəbər