Xəzər Xəbər

İran qonşu ölkəyə müharibə ELAN EDİR – İlk ağır zərbələr ENDİRİLDİ

Dünya | 09:29 • 29 Sentyabr 2022
İran qonşu ölkəyə müharibə ELAN EDİR – İlk ağır zərbələr ENDİRİLDİ

İran ordusu (SEPAH) İraqın Ərbil şəhərinin Köysancaq qəsəbəsindəki İran Kürd Demokrat Partiyasının (İKDP) qərargahının raket və dronlarla vurulduğunu açıqlayıb.

SEPAH İraqın şimalında çoxlu sayda separatçı terrorçuların qərargahını raketlər və kamikadze dronlarla hədəfə alıb.

“Təsnim” agentliyi İraqın şimalındakı “Komele”, İKDP və PAK təşkilatlarının əsas qərargahlarının SEPAH-a aid raketlərlə və kamikadze dronlarla vurulduğunu yazıb.

Komele Partiyasının rəhbəri Abdullah Mühtədi Süleymaniyyədəki qərargahlarının İran ordusuna məxsus PUA-ların hücumuna məruz qaldığını bildirib.

İKDP sədri Hüseyn Yədzan mətbuata açıqlamasında Kərkükün Altunköprü nahiyəsində və Ərbilin Köysancaq qəsəbəsindəki qərargahlarının İranın təcavüzünə məruz qaldığını deyib. Yədzan Altunköprü yaxınlığındakı qərargahlarına hücumda ölənlərin olduğunu açıqlayıb.

Bu, son bir həftədə İranın terrorizmlə mübarizə adı altında İraqın şimalına üçüncü müdaxiləsidir.

İran ordusu sentyabrın 24-də “Komele” və İKDP-nin qərargahlarını artilleriya atəşi ilə vurmuşdu. SEPAH kürd əsilli Məhsa Əmininin “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra ölkədə başlayan kütləvi etirazlar davam edərkən, “Komele” və İKDP-ni xaos yaratmaq üçün sərhəd bölgələrinə silahlı qruplaşmalar və külli miqdarda silah göndərməkdə ittiham edib.

İran ötən gün də sözügedən təşkilatların mövqelərinə hücum etmişdi.

İranın “terror təşkilatı” hesab etdiyi “Komele”, İKDP və PAK illərdir Şimali İraq Kürd Muxtar Respublikasının nəzarəti altında olan bölgələrdəki düşərgələrə sığınır. /Teleqraf

Xəbər lenti