Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 149-a yüksəlib.
Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yanvar ayından bəri epidemiya paytaxt Abuca ilə yanaşı, 30 ştatda yayılıb.
Açıqlamada qeyd edilib ki, sözügedən tarixdən bu günədək 5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı 149-a çatıb.
Qeyd edək ki, ötən il bu ölkədə vəbadan 1174 nəfər həyatını itirib./publika.az