“Rusiya prezidenti Vladimir Putinin nüvə ritorikasını təkrar-təkrar görsək, bunu ciddi qəbul etməli olacağıq”.
Bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun toplantısındakı çıxışında deyib.
Baş katib bildirib ki, son günlər Rusiyanın saxta referendumlar, nüvə ritorikası, silahlı qüvvələrə səfərbərlik aksiyası münaqişəni daha da böyüdür:
"Bizim mesajımız ondan ibarətdir ki, nüvə silahından istənilən istifadə qətiyyən qəbuledilməzdir. Bu, münaqişənin mahiyyətini tamamilə dəyişir. Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz və heç vaxt nüvə döyüşü aparmaq mümkün deyil. Putindən təkrar-təkrar bu cür nüvə ritorikasını görsək, bunu ciddi qəbul etməli olacağıq. Beləliklə, bunun Rusiya üçün ciddi nəticələri olacaq. Nüvə müharibəsinin heç vaxt baş verməməsi ilə bağlı Kremlə açıq bir mesaj veririk. Sonra münaqişənin başqa bir növü yaranacaq. Bu, Ukraynadan kənara çıxacaq. Hazırda Ukraynada gedən müharibə pisdir və Ukrayna xalqı üçün faciədir. Təbii ki, NATO ilə Rusiya arasında tamhüquqlu müharibə bundan da pis olacaq”./publika.az