Xəzər Xəbər

Gürcüstan müxalifəti Rusiya vətəndaşlarının ölkəyə buraxılmasını istəmir

Dünya | 15:57 • 28 Sentyabr 2022
Gürcüstan müxalifəti Rusiya vətəndaşlarının ölkəyə buraxılmasını istəmir

Gürcüstanın müxalif "Droa" partiyası Rusiya ilə sərhəddə yerləşən Yuxarı Lars gömrük-keçid məntəqəsinin yaxınlığında aksiya keçirir.

Aksiyaçılar hökumətdən Rusiya ilə quru sərhədlərini bağlamasını və Rusiya vətəndaşlarını ölkəyə buraxmamasını tələb edirlər.

Təşkilatçılar rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə iqtisadiyyatına ziyan vurduğunu, həmçinin təhlükəsizlik riskləri yaratdığını bildirirlər.

Aksiyaya ukraynalı fəallar də qoşulub.

Əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb edilib. (APA)

Xəbər lenti