Xəzər Xəbər

Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək

Dünya | 12:28 • 25 Sentyabr 2022
Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mövlud Çavuşoğlu Yaponiyanın sabiq baş naziri Abe Şinzonun dəfn mərasimində iştirak etmək üçün 26-27 sentyabr tarixlərində Yaponiyaya səfər edəcək.

Səfər çərçivəsində Mövlud Çavuşoğlunun Yaponiya xarici işlər naziri Hayaşi Yoşimasayla da görüşü nəzərdə tutulub.

Xəbər lenti