Rusiyanın nəzarətində olan Xerson şəhərindəki “Play Hotel by Ribas” hotelinə raket zərbəsi endirilib.
Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 05.30 radələrində endirilən raket zərbəsi nəticəsində iki nəfər ölüb, yaralananlar var.
Məlumata görə, ölənlərdən biri Ukrayna Ali Radasının V və VI çağırış deputatı Aleksey Juravkodur.