“Taxıl təşəbbüsü” çərçivəsində Ukrayna limanlarından indiyədək 192 gəmi yola çıxıb.
Xezerxeber.az "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb. Məlumata görə, avqustun 1-dən bəri Asiya, Afrika və Avropa ölkələrinə dəniz yolu ilə ümumilikdə 4,38 milyon kənd təsərrüfatı məhsulu ixrac edilib.
Sentyabrın 22-də Odessa limanlarından Asiya və Avropa ölkələri üçün nəzərdə tutulan 107,5 min ton məhsul yüklənmiş daha 7 gəmi çıxıb.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə, Rusiya və BMT arasında imzalanan sazişə əsasən, ixrac üçün nəzərdə tutulan taxılın daşınması üçün Odessanın üç limanı blokadadan çıxarılıb. Ukraynadan ərzaq məhsulları daşıyan ilk gəmi avqustun 1-də yola salınıb.