Xəzər Xəbər

Kreml səfərbərlik elan edilməsinin səbəbini açıqladı

Dünya | 14:27 • 22 Sentyabr 2022
Kreml səfərbərlik elan edilməsinin səbəbini açıqladı

“De-fakto Rusiya NATO-ya qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı xüsusi əməliyyatın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.

Peskov onun da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.

Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.

Xəbər lenti