Xəzər Xəbər

Könüllü əsir düşənlər 10 il həbsə məhkum ediləcək - Federasiya Şurası qanunu təsdiqlədi

Dünya | 15:31 • 21 Sentyabr 2022
Könüllü əsir düşənlər 10 il həbsə məhkum ediləcək - Federasiya Şurası qanunu təsdiqlədi

Rusiya Federasiya Şurası könüllü əsir düşən şəxslərin 10 il müddətinədək, eləcə də fərarilik etmiş şəxslərin 5 ildən 10 ilədək azadlıqdan məhrum edilməsi barədə qanuna düzəlişləri təsdiqləyib.

Rusiya Cinayət Məcəlləsinə əlavə olunan 352.1 maddəsinə əsasən, könüllü əsr düşən şəxslər 3 ildən 10 ilədək müddətinə azadlıqdan məhrum edilə bilər. Hazırda bu əmələ görə cəza 7 ilədək nəzərdə tutulub.

Bundan əlavə, səfərbərlik və ya hərbi vəziyyət müddətində fərarilik etmiş şəxsləri 10 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (AZƏRTAC)

Xəbər lenti