Xəzər Xəbər

Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya ağır zərbə vurub

Dünya | 14:05 • 21 Sentyabr 2022
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya ağır zərbə vurub

Türkiyənin təhlükəsizlik qüvvələri dövlət sərhədi boyunca və ölkə daxilində terrorçuluğa qarşı fəaliyyəti davam etdirir. Ardıcıl antiterror əməliyyatları, təbliğat yolu ilə təslim olmaq, terror təşkilatlarının maliyyət kanallarının kəsilməsi kimi üsullar nəticəsində böyük uğurlar qazanılıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın şimalında yerləşən terrorçulara qarşı daha bir dəqiq zərbə əməliyyatı keçirib. Bildirilir ki, həssas atəşlərlə Gara bölgəsində 4, Metinada 2 PKK/KCK terrorçusu məhv edilib.

Xəbər lenti