Xəzər Xəbər

İrandan dəhşətli xəbər: Polislər diri-diri yandırılır

Dünya | 09:05 • 21 Sentyabr 2022
İrandan dəhşətli xəbər: Polislər diri-diri yandırılır

İranın Məşhəd şəhərində etirazçılar təcili tibbi yardım və polis avtomobilini yandırıb.

XəzərXəbər  APA-ya istinadən xəbər verir ki, sentyabrın 20-də Tehran, Məşhəd, Sari, Təbriz və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib. Etirazçılar zibil qutularını aşırıb, yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar. Məşhəd şəhərində keçirilən aksiyada etirazçılar təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar. Həmçinin mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb.

***

İranda hökümət əleyhinə etiraz aksiyaları keçirilib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı Tehranın mərkəzində Vəli Əsr meydanı, Kərimxan küçəsi, Taleqani və Vəli Əsr küçəsinə gedən bəzi küçələrdə insanlar polisin müdaxiləsi ilə dağıdılıb. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, zibil qutularını yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Xəbər lenti

Çox oxunanlar