Kral ailəsindəki bütün rəsmi vəzifələrini tərk edərək həyat yoldaşı ilə yeni həyata başlamaq üçün ABŞ-a köçən Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl Kral III Çarlza cəsarətli məktub göndərib. Britaniya mətbuatı yazır ki, kral III Çarlzın ilk çətin imtahanı oğlu Harri olacaq...
İngiltərənin ən uzun müddət hakimiyyətdə olan monarxı Kraliça II Elizabet dünən möhtəşəm bir mərasimlə son mənzilə yola salınıb.
"Daily Mail" xəbər verir ki, dünyanın bir nömrəli gündəm mövzusuna çevrilən dəfn mərasimində bütün gözlər krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və həyat yoldaşı Meqan Marklda olub.
Kral ailəsinə qarşı ittihamları ilə mübahisəli fiqura çevrilən Meqan Markl barəsində dəfn mərasimindən əvvəl şayiələr yayılıb. Bəziləri Kral Çarlzın gəlinini dəfnində istəmədiyini iddia edib, digərləri Meqanın paltarının altında görünən əşyanın altında səsyazan olduğunu iddia edərək Susseks hersoginyasını casusluqda günahlandırıb.
Dəfn mərasiminə qatılan, Kraliçanın ona şəxsən hədiyyə etdiyi mirvari sırğaları taxan Markl zərifliyi ilə seçilib və əri Şahzadə Harri ilə ikinci sırada əyləşib. Kraliçanın tabutu daşınarkən Meqan Markl göz yaşlarına hakim ola bilməyib.
Kraliçanın ölümündən sonra həm Şahzadə Harri, həm də Meqan Markl aralarında soyuq küləklərin əsdiyi kral ailəsi ilə münasibətlərini yumşaltmağa başlayıb.
Belə bir vaxtda NBC News, MSNBC və Access Hollywood-da özəl xəbərləri ilə diqqət çəkən müxbir Neil Sean təəccüblü iddia ilə çıxış edib.
Sean "YouTube"da yayımladığı bir videoda Meqanın Kral Çarlza cəsarətlə müraciət etdiyini açıqlayıb.
Susseks hersoginyasının Kaliforniyaya qayıtmazdan əvvəl Kral III Çarlza özəl məktub göndərərək "baş-başa görüş" tələb etdiyini iddia edən Sean bu məlumatı kral ailəsində çox etibarlı bir mənbədən aldığını söyləyib.
Məktubun Meqana özünü ifadə etmək üçün fürsət yaradacağını deyən müxbir onun cəsarətinə və özgüvəninə heyranlığını ifadə edib.
Britaniyanın "Daily Mail" qəzeti Kral III Çarlzın ilk çətin imtahanının oğlu Harri olduğunu yazır. Xəbərdə yeni kralın Harri və Meqana əl uzadaraq monarxiyaya qarşı hücumlara son qoymağa çalışdığı bildirilir.
Qəzet son vaxtlar II Elizabetin əziyyət çəkməsinə səbəb olan ailə böhranını həll etməyə çalışan Kralın bu səyinin boşa çıxa biləcəyini iddia edib.
Qeyd edək ki, Kral ailəsinə qarşı ABŞ mətbuatına müsahibələr verən Meqan Marklın həmin dövrdə kraliçanın çətin günlər keçirməsinə səbəb olub.
III Çarlza göndərilən məktubun dəqiq məzmunu və məktubun kral ailəsi ilə münasibətləri yumşaltmaq üçün kifayət edib-etməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır./Musavat.com