İngiltərə kraliça II Elizabetə vida mərasimindəki görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Vestminster kilsəsindəki dəfn mərasiminə qatılan ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı ABŞ-ı təmsil etmək üçün kilsədə olub.
Bayden cütlüyünün kilsə mərasimində 14-cü sırada oturması ABŞ-da müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə ən çox müzakirə edən mövzu ilə bağlı sabiq ABŞ prezidenti Donald Tramp da diqqətçəkən açıqlamalar verib. O, Baydenin ABŞ-ın prestijini cəmi 2 ildə yerlə bir etdiyini iddia edib:
“Prezidentimizin bəzi üçüncü dünya ölkələrinin liderləri ilə tanış olmaq üçün yaxşı fürsəti olub. Prezident olsaydım, məni ora qoymazdılar və ölkəmiz indikindən çox fərqli olardı”, - Tramp deyib./Ölkə.Az