Xəzər Xəbər

Bankda 12 nəfəri girov götürən şəxs yeni tələblər irəli sürüb - Gürcüstanda

Dünya | 15:14 • 20 Sentyabr 2022
Bankda 12 nəfəri girov götürən şəxs yeni tələblər irəli sürüb - Gürcüstanda

Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs yeni tələblər irəli sürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, silahlı şəxs bankda 12 nəfəri girov götürüb. O, indi 2 milyon dollar tələb edib.

Sosial şəbəkədə yayımlanan videogörüntüyə əsasən hərbi geyimli silahlı şəxs girovların birinin telefonu ilə hökumətə yeni xəbərdarlıq edib.

Bildirilir ki, bankın girişinə güclü partlayıcı quraşdırılıb. Onun bədənində isə detonator var və polisin hücumu zamanı detonator partlayıcı işə salınacaq.

Silahlı şəxs 2 milyon ABŞ dolları, mikroavtobus, Rusiya bayrağı ilə helikopter istəyib. O, hökumətə 3 saat vaxt verib.

Xəbər lenti