Xəzər Xəbər

Fransada "KƏMƏRSIXMA": işıqlar tez söndürülür...

Dünya | 15:19 • 20 Sentyabr 2022
Fransada "KƏMƏRSIXMA": işıqlar tez söndürülür...

Fransanın paytaxtı Parisdəki Luvr Muzeyinin piramidasının işıqları “simvolik enerjiyə qənaət addımları” çərçivəsində 2 saat tez söndürülüb.

Ölkədə enerji qənaətinə keçidin səmərəli olması və bu mövzuda geniş maarifləndirmənin yaradılması məqsədilə bəzi turistik və tarixi binaların işıqlarının normal vaxtdan əvvəl söndürülməsi qərara alınıb.

Bu çərçivədə məşhur Luvr Muzeyinin bağçasındakı piramida da 2 saat əvvəldən qaranlığa bürünüb.

Paris bələdiyyəsinin qərarı ilə sentyabrın 23-dən etibarən Eyfel qülləsinin də işıqlandırılması hər gün erkən söndürüləcək.

 

Bundan əlavə, gələn həftədən etibarən tarixi Versal Sarayını işıqlandıran lampalar da 1 saat tez söndürüləcək.

Fransanın mədəniyyət naziri Rima Əbdül Malak vətəndaşların enerji şüurunu artırmaq və hərəkətə keçmək üçün simvolik addımların vacib olduğunu bildirib./publika.az

Xəbər lenti