“Polis harda qeyri-ənənəvi geyimlərin paylanmasını və satışını müşahidə edərsə, onları yığışdıracaq”.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə Tehran şəhər Polis İdarəsinin rəisi Həsən Rəhimi jurnalistlərə açıqlamasında bildirib.
“İslam qaydalarına əməl etməyən geyim mağazaları cəzalandırılacaq. Cırıq şalvar və bədəni aşkar edən geyimlər də daxil olmaqla İran və İslam mədəniyyətinə zidd olan qeyri-ənənəvi geyimlərin qarşısı qətiyyətlə alınacaq” –deyə Rəhimi qeyd edib.
Onun sözlərinə görə, hazırda bu məsələ ticarət mərkəzlərinə nəzarət polisi tərəfindən diqqətdə saxlanılır, bunu edənlər ciddi şəkildə cəzalandırılacaq və bütün qeyri-ənənəvi geyim və aksesuarlar yığışdırılacaq. (Bizim.Media)